Alimlər: Holosen dövründə insanlar on minlərlə dildə danışıblar

Hazırda insanlar qlobal miqyasda təxminən 7500 dildən istifadə edirlər. Bunlardan ən çox yayılanlar ingilis, Çin, hind, ispan, ərəb və fransız dilləridir. Bu, çoxlu dil deməkdir. Lakin tarixən ən yüksək rəqəmdən çox uzaqdır.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, dillərin tarixi ilə bağlı uzun illər tədqiqat aparan alimlər bu qənaətə gəliblər.

Tədqiqatçılar təxminən 12000 il əvvəl, Buz dövrünün sonuna qədər olan və Holosen dövrünü əhatə edən qlobal miqyasda istifadə olunan dillərin sayını təxmin etmək üçün riyazi modelləşdirmə, antropologiya, dilçilik və demoqrafiyadan əldə olunan məlumatlardan istifadə ediblər. Onlar bəşəriyyətin on minlərlə fərqli dildə danışa biləcəyi eramızdan əvvəl birinci minillik və eramızın birinci minilliklərini əhatə edən dövrü müəyyən ediblər.
 

Alimlər, həmçinin həmin linqvistik “qızıl dövr”dən bəri ciddi geriləmənin olduğunu qeyd ediblər. Bu, qədim dövrlərdə böyük imperiyaların genişlənməsi və son bir neçə əsrdə Avropa müstəmləkəçiliyi kimi amillərin təsiri altında dillərin dəyişdirilməsi ilə əlaqədardır.


Konnektikutdakı Yel Universitetinin dilçilik və antropologiya professoru, “Science” jurnalında dərc olunmuş tədqiqatın rəhbəri Kler Bouern bildirib: “Dillər insanların yaşadıqları icmalar üçün dərin məna daşıyır, bilik, assosiasiya və xatirələri ehtiva edir. Onlar keçmiş haqqında, insanların harada yaşadıqlarından tutmuş nə ilə qidalanmalarına və nədən danışdıqlarına qədər alimlər üçün çoxlu məlumat daşıyır. Dillər, həmçinin insan zehninə bir pəncərə açır”.

İbtidai icma dövründən bəri bir çox dil ailəsi yaranıb və təkamül edib, yazılı dil isə əvvəlcə Mesopotamiyada - mixi yazı ilə yazılmış şumer dilində eramızdan əvvəl IV minillikdə, sonralar Misir, Çin və Mezoamerika kimi yerlərdə ayrı-ayrılıqda ortaya çıxıb.
 

“Biz bir neçə min il əvvələ qədər bəşəriyyətin bu gün bildiyimizdən daha müxtəlif mədəni dünyada yaşadığını nadir hallarda qiymətləndiririk”, -deyə tədqiqatın aparıcı müəllifi, İspaniyadakı Katalan İnstitutunun antropoloqu Demien Blasi bildirib.


Tədqiqatçılar qeyd ediblər ki, çox yaxın vaxtlara qədər dil saylarına dair birbaşa dəlil olmayıb. Antik dövrdən qalma son dərəcə qeyri-müəyyən qeydlərə etibar etmək mümkün deyil. Lakin dillər və cəmiyyətlər arasındakı əlaqələr haqqında çoxlu məlumat zamanla dilin müxtəlifliyinin simulyasiya modelini yaratmaq üçün bir neçə fərziyyədən istifadə etməyə imkan verir.

Alimlər Holosen dövrünün əvvəlinə yaxın hər biri ayrı-ayrı dilləri təmsil edən etnolinqvistik qrupların ölçüsünü qiymətləndirmək məqsədilə Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada mövcud olan 171 ovçu-yığıcı icmasını əhatə edən məlumatlardan istifadə ediblər. Onlar bu prosesdə həmin dövrdəki əhali sayının hesablamaları ilə müqayisə aparıblar.

Qeyd olunub ki, insanlar dünyanın hər yerində kiçik qruplar halında səpələnmiş halda, köçəri ovçu-yığıcı icmalarında yaşayırdılar, amma əkinçiliyin başlanması, daimi yaşayış məskənlərinin və daha mürəkkəb mədəniyyətlərin yaranması ilə vəziyyət dəyişib. Tədqiqatçılar təxminən 12000 il əvvəl səpələnmiş əhalinin təxminən 4500 ilə 6200 dildə danışdığını təxmin edirlər.

Sonrakı minilliklərdə qlobal miqyasda əhali tədricən artdıqca və insan cəmiyyəti dəyişdikcə, dillərin sayı da çoxalıb. Çoxsaylı böyük və kiçik dillər yaranıb və şoradan yox olub. Bu nümunələrə şumer, hett, akkad və etrusk, qədim Misirdə və Çində istifadə edilən müxtəlif dillər daxildir.
 

Alimlər bildiriblər ki, qədim dillər yenilərinə çevrilə bilər. Belə ki, qədim Romanın dili olan latınca Qərbi Roma İmperiyasının eramızın 476-cı ildə süqutundan sonrakı əsrlərdə fransızca, italyanca və ispanca da daxil olmaqla müxtəlif dillərə çevrilib.


Müstəmləkə gücləri tez-tez linqvistik imperializm qaydaları tətbiq edib. Məsələn, İngiltərə İrlandiyada irland dilinə qarşı sərt tədbirlər görürdü, İspaniya Amerikada, Portuqaliya isə Braziliyada yerli dilləri qadağan edirdi. Digər nümunələrə Fransanın Afrika koloniyalarında fransız dilini təyin etməsi və Yaponiyanın Koreyada yerli dili sıxışdırması daxildir. Bəzi dillər tarixin bu sınaqlarından çıxa bilib. Məsələn, ink, mayya və astek dilləri ispanların sıxışdırma səylərinə rəğmən günümüzə qədər gəlib çatıb.

Alimlərin qənaətinə görə, bu gün istifadə olunan dillərin təxminən yarısı yox olmağa yaxındır. Belə ki, planetimizin əhalisinin 90 faizi dünya dillərinin 10 faizində danışır. Bu səbəbdən dillərin sıradan çıxması prosesi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO