İran çempionatının XIII turunun “Persepolis” – “Traktor” matçı xoşagəlməz hadisə ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, qonaqların azarkeşi Rasul Musavipur ürəktutmasından vəfat edib.
O, sevimli komandasının 1:2 hesablı məğlubiyyətindən sonra ölüb.
Qeyd edək ki, 13 görüşdə 11 xal toplayan komanda 16 iştirakçı arasında 13-cüdür.
Bizim.Media