Niyə kraliça II Yelizaveta ömrü boyu heç vaxt duş qəbul etməyib? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Heç Bukinqem sarayında gündəlik həyatın necə keçdiyini düşünmüsünüzmü? Əksəriyyət hesab edir ki, burada dəbdəbə və rahatlığın həddi-hüdudu yoxdur.

Bizim.Media xəbər verir ki, amma əslində monarxların həyatı rahatlıqdan daha çox, ciddi qaydalar və protokollar üzərində qurulub.

Səhər ritualı

Məqalədə iddia olunur ki, II Yelizaveta duş qəbul etməyi adi insanların tələsik həyat tərzi ilə əlaqələndirib. Kraliçanın səhəri hər gün saat 07:30-da xüsusi bir mərasimlə başlayıb. Xidmətçi otağa daxil olub, vannanı əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun hazırlayıb. Su gözəyarı deyil, dəqiq ölçü ilə təxminən 7 düym (18 santimetr) hündürlüyündə doldurulub. Daha sonra termometrlə suyun temperaturu yoxlanılıb.

Hər şey hazır olduqdan sonra kraliçaya vannanın istifadəyə hazır olduğu bildirilib. Vanna hazırlanarkən II Yelizaveta televizorda xəbərlərə baxıb, "Earl Grey" çayı içib. Məlumata görə, onun gündəlik rejimində duş üçün yer olmayıb.

Kral ailəsi niyə duşdan uzaq dururdu?

Məqalədə bildirilir ki, bu yanaşma Britaniya aristokratiyasının köhnə ənənələrindən qaynaqlanır. Uzun illər duş hərbçilər və fəhlələr üçün nəzərdə tutulmuş praktik vasitə kimi qəbul olunub, vanna isə rahatlıq və yüksək təbəqənin simvolu sayılıb. Həmçinin iddia edilir ki, kral etiketi sakitlik və ahəng tələb etdiyi üçün duşun və havalandırma sisteminin səsi uyğun hesab edilməyib.

Saraydakı digər qaydalar

Yazıda daha sonra iddia olunur ki, eyni səbəbdən Bukinqem sarayında tozsoranlardan istifadə edilmir və bütün təmizlik işləri əl ilə aparılır. Həmçinin hava təravətləndiricilərinin və aromatik diffuzorların istifadə edilmədiyi, sarayda yalnız mum və təmizlik qoxusunun üstün tutulduğu qeyd edilir.

Kral III Çarlz anasından nəyi mənimsəyib?

Məqaləyə əsasən, III Çarlz da duş kabinələrini sevmir və vannaya üstünlük verir. Onun vannası otaq temperaturunda su ilə yarıyadək doldurulur və hətta vannanın tıxacının yerləşmə vəziyyətinə qədər müəyyən qaydalar mövcuddur. Bundan əlavə, məqalədə iddia edilir ki, kral diş pastasını özü sıxmır.

Bu işi onun valetinin gördüyü və diş fırçasına dəqiq 1 düym (təxminən 2,5 santimetr) uzunluğunda pasta çəkildiyi yazılır. Həmçinin səfərlərə çıxarkən III Çarlzın şəxsi unitaz oturacağı və xüsusi tualet kağızı daşıdığı iddia olunur.

Hamam otağı ilə bağlı qeyri-adi qaydalar

Məqalədə kral ailəsinin kişi üzvlərinin saqqal saxlamasının etik baxımdan qəbul edilmədiyi, yalnız şahzadə Harrinin nənəsi II Yelizavetadan xüsusi icazə aldığı üçün saqqal saxladığı bildirilir. Bundan başqa, tualetdə kitab, qəzet və ya telefon oxumağın gigiyenik və etik baxımdan düzgün sayılmadığı, ailə üzvlərinin bunu etmədiyi qeyd olunur. Sonda bildirilir ki, II Yelizaveta "tualet" sözünü işlətmək əvəzinə daha çox "loo" ifadəsinə üstünlük verib və şəxsi ehtiyacları barədə açıq danışmağı xoşlamayıb. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO