Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

Azərbaycanın təcrübəsi göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə səmərəli həyata keçirilməsi güclü institusional əsaslardan başlayır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində keçirilən “Local2030 Coalition” adlı xüsusi tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, 2016-cı ildə Azərbaycan Prezidentinin Fərmanı ilə “2030 Gündəliyi”nin icrasının əlaqələndirilməsi üzrə milli mexanizm kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

“Bu institusional çərçivə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, biznes ictimaiyyətinin, gənclərin və beynəlxalq təşkilatların iştirak etdiyi inklüziv məsləhətləşmə prosesi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin milli inkişaf siyasətinə inteqrasiyasına imkan verib.
Milli yanaşmamız Azərbaycanın özünəməxsus inkişaf reallıqlarını da nəzərə alır. 2023-cü ildə Prezident İlham Əliyev minalardan təmizlənmənin Dayanıqlı İnkişaf üzrə 18-ci Məqsəd kimi tanınması təşəbbüsü ilə çıxış edib. Milli səviyyədə isə Azərbaycan mina fəaliyyəti üzrə 18-ci Dayanıqlı İnkişaf Məqsədini hazırlayıb.

Bu təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki minalarla çirklənmiş ərazilərdə dayanıqlı yerli inkişaf insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması, həyatlarını yenidən qurması, torpaq sahələrinə, xidmətlərə və iqtisadi imkanlara çıxışının bərpa olunması ilə başlayır”, - deyə komitə sədri əlavə edib.

Onun sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olaraq ərazi planlaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsinin əsas alətlərindən biridir və ölkənin 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb.

“Baş planlarımız milli planlaşdırma çərçivəsində hazırlanır, lakin yerli səviyyədə həyata keçirilir. Bu, planlaşdırma və icra prosesi boyunca regional və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq tələb edir. Belə əməkdaşlıq bizə yerli aktorların potensialını gücləndirməyə, hökumət səviyyələri arasında koordinasiyanı yaxşılaşdırmağa kömək edir”, - deyə Anar Quliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO