Səhər saat 5-də uşaq doğdu və 6 saat sonra səhnəyə çıxdı – Xalq artistinin keşməkeşli TALEYİ

1969-cu ildə Mingəçevir Dövlət Dram Teatrının aktrisalardan biri Mingəçevir Doğum Evində səhər saat 5-də dünyaya qız övladı gətirir.

Amma həmin gün çoxdan hazırladıqları tamaşanın prmeyerası keçirilməli idi. “Xəyanət andı” adlanan bu tamaşada isə onu əvəz edəcək başqa birisi yox idi:

“Rol aldığım tamaşanın son məşqləri zamanı anidən pilləkəndən yıxıldım. Həmin vaxt hamiləliyimin son günlərini yaşayırdım. Dərhal şəhər doğum evinə çatdırıldım . Səhər saat 5 radələrində isə qızımı qucağıma aldım”.

MÖVZU İLƏ BAĞLI:

“Viktoriya və Albert” dən böyük təhrif: Nizamini fars, Şirini erməni çıxardılar


O, övladının doğumuna sevinsə də ürəyi aylardan bəri məşqlərinə qatıldığı tamaşanın yanında qalır. Bu zaman onun ağlına bir plan gəlir. Aktrisa tərəf  müqabilləri ilə əlbir olaraq doğum evindən gizlicə qaçmaq qərarını verir. Və yenicə dünyaya gətirdiyi qızcığazını xəstəxanada qoymalı olur. 

Beləliklə, teatr truppasının gizli sövdələşməsi baş tutur və Ella Yaqubova xəstəxanadan qaçırılaraq teatra çatdırılır. Çoxlarının təəccübünə rəğmən tamaşa zamanında baş tutur. Belə ki, səhər ertədən 5 radələrində ana olan aktrisa saat 11 radələrində qrim otağında son hazırlıqlara başlayır və bir saat sonra tamaşaçı önünə çıxaraq böyük uğur qazanır.

Söhbət Mingəçevir Dövlət Teatrının aktrisası, Xalq artisti Ella Yaqubovadan gedir.  O, həmin günləri belə xatırlayır:

"Heç kəsə şübhələnməsi üçün fürsət vermədik. Hətta mənə  və teatra bağlı tanınmış yaradıcı şəxslərdən biri belə məsələdən xəbərsiz idi. Bu məsələ uzun müddət sirr olaraq qaldı. Yalnız illər sonra mən bu gizlin gerçəkliyi etiraf etmək məcburiyyətində qaldım”.  

Gəncə şəhərinfə dünyaya göz açan Ella Yaqubova Mədəni Maarif Texnikumunun aktyorluq fakültəsinin məzunu olaraq Gəncə Dövlət Dram Teatrına təyinat alıb. Burada Ələddin Abbasov, Sədayə Mustafayeva, Firuzə Bəylərbəyli və digər korifey sənətkarlarla səhnə yolunu paylaşmaq fürsəti qazanıb. 

1968-ci ildən etibarən isə Mingəçevir Dövlət Dram Teatrında aktyorluq fəaliyyətini davam etdirir. Yeni şəhərə və teatra təyinat almağına rəğmən təxminən iki il yarım ərzində paralel olaraq həftənin öncədən müəyyən edilmiş günlərində Gəncə şəhərinə gedib yerli tamaşaçılar önündə çıxış etməli olur.  

Ella Yaqubova 56 illik səhnə həyatı dönəmində nə az, nə çox düz 331 obraz canlandırıb. Xalq artisti tamaşa zamanı başına gələn qeyri-adi hadisələrən də danışıb.

"Qanlı toy" tamaşasında əzazil və övlad qatili olan ana obrazını oynayırdım. Tamaşanın bir hissəsində tərəf müqabilim “Öğlun öldü, oğlunu öldürdün”  dedi. Bu zaman tamaşaçı sıralarından dərin köks ötürən qadın səsi duydum.
Bu səhnə o qədər təsiredici formada idi ki, mən az qala səhnədə iflic etsin. Bu zaman tərəf müqabilimə verəcəyim cavabın sözlərini unutdum. Amma şükür bir anlıq özümü ələ alaraq sanki belə olacaqmış kimi əllərimi qarşımdakı aktyorun çənəsinə sıxaraq “nə dedin, nə dedin, bir də söylə görüm” deyə qəzəbimi püskürdüm. Görünür, o hansı durumda olduğumu anladı və  səsləndirdiyi kəlmələri təkrar söylədi. Bu minvalla hafizəmi özümə qaytardı. Amma biz ikimiz nə baş verdiyini anlasaq da tamaşaçılar bu həyacanı hiss etmədi".

Ella Yaqubovanın Hüseyn Cavidin "Ana" əsərində canlandırdığı obrazı teatr festivalında "Qızıl Dərviş" mükafatı alıb. Xalq artisti 7 may 2021-ci ildə Prezident Mükafatına da layiq görülüb.

Ella xanımın kino həyatı da yadda qalan cizgilərlə əks olunub. Filmdə ən böyük uğuru Xocalı soyqırımından bəhs edən "Xoca" filmi olub. 

Dekabrın 30-da isə Ella xanım 75 illik yubileyini qeyd edəcək. Səhnəmizin fədakrı olan aktrisamıza can sağlığı, səhnə uğurları arzulayırıq.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO