Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov dünya çempionatının qalibi olub.
Bizim.Media xəbər verir ki, Ukraynanın Xarkov şəhərində "World Cossack Fight Federation" (WCFF) təşkilatının təşkil etdiyi yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Ukraynanı təmsil edən erməni Artur Qriqoryanı məğlub edib.
Qeyd edək ki, turnirdə 25 ölkədən 1000-dən çox idmançı iştirak edib.
Bizim.Media