UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasa AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da qatılıb.
O, sədri olduğu Avropa futbol qurumunun Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) illik fəaliyyəti barədə hesabat məruzəsi ilə iclasda çıxış edib.
Qeyd edək ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bizim.Media