Azərbaycan Atletika Federasiyasında (AAF) 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Azərbaycan Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, federasiyanın prezidenti Çingiz Hüseynzadə əldə olunan nailiyyətlər haqqında məlumatlar verib.
Daha sonra idmançılara müxtəlif mükafatlar təqdim edilib.
İlin ən yaxşı kişi idmançısı Aleksis Kopello seçilib. İlin ən yaxşı qadın idmançısı mükafatı isə Lamiyə Vəliyevaya verilib.
İlin ən yaxşı məşqçisi və hakimi nominasiyaları üzrə isə müvafiq olaraq, Tofiq Əliyev və Emil Şaxtaxtinski qalib olub.
Bizim.Media