Aprelin 28-də Türkiyə-Ermənistan sərhədində zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidmətinin məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 16:02-də baş verib.
Zəlzələnin maqnitudası 3,9 olub. Episentr Türkiyənin Qars şəhərindən 43 kilometr şimalda yerləşib.
Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Episentrdə yeraltı təkanın gücü MSK-64 şkalası (Medvedev–Sponheuer–Karnik, 1964) üzrə 5 bal təşkil edib.
Zəlzələ Ermənistanın Gümrü şəhərində və ətraf kəndlərdə 2-3 bal gücündə hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Bizim.Media