Polşa Belarusla aparılan mübadilə çərçivəsində rusiyalı arxeoloq Aleksandr Butyagini azad edib.
Bizim.Media xəbər verir ki, bunu Polşanın Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski bildirib.
Onun sözlərinə görə, Butyaginin Ukraynaya ekstradisiyası nəzərdə tutulurdu. Lakin o, Belarusla mübadilə çərçivəsində azad edilən şəxslər arasında yer alıb.
Sikorski bildirib ki, rusiyalı alim və Rusiya hərbçisinin həyat yoldaşı Moldovanın xüsusi xidmət orqanlarının iki əməkdaşı ilə dəyişdirilib.
Mübadilənin detalları barədə əlavə məlumat açıqlanmayıb.


Bizim.Media