Şəhla müəllim işdən çıxıb? - Vəkilindən açıqlama

Məlum olduğu kimi, “İdrak” Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilovanın işdən ayrılması ilə bağlı xəbərlər yayılıb.

Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.

İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Şəhla Kamilovanın vəkili Vüqar Əliyev “qafqazinfo.az”a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır”.

Qeyd edək ki, bir neçə gün öncə “Qafqazinfo”da müəllimlə hadisəni törədən şagird arasında barışıq əldə olunduğuna dair məlumat dərc olunmuşdu.

Məqalədə qeyd edilmişdi ki, barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim olunub.

Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” Liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Magistratura imtahanında bu ali məktəbin məzunları LİDER OLDU

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Malayziya səfirinin Azərbaycandakı fəaliyyəti başa çatdı - FOTO

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Təbiətə 90 min manatdan çox ziyan dəydi

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

End of content

No more pages to load

RADİO