Rusiya Dövlət Dumasında terror aktlarının təşkilatçıları üçün ölüm hökmünün bərpa edilməsi təklif olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov NEWS.ru-ya açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, terror aktlarının təşkilatçıları ən ağır cəzaya layiqdirlər.
“Bu cür hərəkətlərə görə ciddi həbs müddəti nəzərdə tutulur. Mənim fikrimcə, terror aktlarının təşkilatçıları üçün ölüm hökmünü qaytarmaq lazımdır ki, Qərbdə heç kim belə məhbusların mübadiləsi barədə düşünməsin”, - deyə Juravlyov bildirib.
O, həmçinin Rusiya xüsusi xidmət orqanlarının qabaqlayıcı tədbirlər gördüyünü vurğulayıb.
Deputatın sözlərinə görə, Komidə neft müəssisəsinə PUA hücumu planlaşdıran diversantların zərərsizləşdirilməsi bunun birbaşa sübutudur.
Bizim.Media