Türkiyənin Qars şəhərində Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, görüş 2026-cı il aprelin 28-də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində baş tutub.
İclas Qars-Gümrü dəmir yolunun bərpası və istismara verilməsi məqsədilə yaradılmış birgə işçi qrupunun fəaliyyəti çərçivəsində keçirilib.
Türkiyə XİN-in məlumatında qeyd olunub ki, tərəflər regional nəqliyyat əlaqələrinin inkişafı kontekstində Qars-Gümrü dəmir yolunun fəaliyyətinin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Qars-Gümrü dəmir yolu Türkiyə ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası baxımından mühüm marşrut hesab olunur.


Bizim.Media