Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda yığmamızın digər üzvü Anton Krivotsyukun oynadığı Plotsk "Visla"sının qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
A.Krivotsyuk cəzalı olduğu üçün sözügedən görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, "Visla" 23 xalla 10-cu, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 12 xalla 17-ci pillədə qərarlaşıb.
Bizim.Media