Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün instaqram səhifəsində paylaşım edib.
Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.
Bizim.Media