Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov "Bursaspor"da növbəti qoluna imza atıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu "Manisaspor"la matçda fərqlənib.
Meydana start heyətində çıxan N.Ələskərov 51-ci dəqiqədə hesabı açıb.
Ümumlikdə görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, bu, millimizin üzvünün "Bursaspor"da 3-cü qoludur.
Bizim.Media