Pele Messini 7-ci “Qızıl top”u münasibətilə təbrik etdi

Əfsanəvi braziliyalı futbolçu Pele Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubunun və Argentina millisinin hücumçusu Lionel Messini yeddinci "Qızıl top"un təqdimatı münasibətilə təbrik edib. 

Bizim.Media “iz.ru” saytına istinadən xəbər verir ki, Braziliya millisinin 81 yaşlı sabiq hücumçusu bu barədə noyabrın 29-da İnstagram səhifəsində yazıb.

Onun sözlərinə görə, yeddinci ən yüksək mükafat Messinin unikal istedadına verilən ədalətli qiymət idi.
 

MÖVZU İLƏ BAĞLI:

“Qızıl top”u Messi qazanıb? - Evra öncədən onu təbrik etdi - FOTO


"Yeddi dəfə, çox sağ olun!" - argentinalı Pele təşəkkür edib.

Xatırladaq ki, mərasim Parisdə baş tutub. “Sport-Ekspress”in məlumatına görə, polşalı futbolçu Robert Levandovski “İlin forvardı” təsəlliverici mükafatını alıb, baxmayaraq ki, ekspertlər onun ən yaxşı futbolçu mükafatına layiq olduğuna inanırdılar.

Messi çıxışında Levandovskiyə müraciət edib. “Robert, sən keçən il bu mükafata layiq iidn. Siz mükafatı evinizə aparmalı idiniz”, - deyə argentinalı qeyd edib.

Bundan sonra Messiyə “Qızıl top”un təqdim edilməsi ictimaiyyətin sərt reaksiyasına səbəb olub. İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker Messini təbrik etsə də, polşalı idmançının uğurunu xatırladıb.

“Messi razılaşır. Messi haqlıdır. Levə mükafat verin. Bu qədər sadə və düzgün bir hərəkət”, - deyə yazıb.

Polşa Futbol Federasiyasının prezidenti Tsarek Kuleşa həmyerlisinə dəstək olub.

“Mən Levandovski ilə fəxr edirəm! İlin ən yaxşı hücumçusu mükafatı polyak üçün ən yüksək mövqedir. Robert xüsusilə millinin formasında bizə sevinmək üçün daha çox səbəb verəcək. Mənim üçün o, dünyanın ən yaxşı futbolçusudur!” – o, Twitter-də yazıb.
​​​​​​​

Messi 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top"u alıb. O, kubokların sayına görə lider olaraq qalır. Onun arxasınca beş “Qızıl top”la “Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gəlir.


34 yaşlı Messi on qat İspaniya çempionu, yeddi dəfə ölkə kubokunun qalibi və 8 dəfə İspaniya Superkubokunun qalibi olub. O, dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Avqust ayında "Barselona" Messinin gedəcəyini elan edib və iyulun 1-dən o, azad agent siyahısına salınıb. Avqustun 10-da Messi həyat yoldaşı ilə Barselonanı tərk edərək Parisə yollanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ

Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ

Bakı aeroportu payız-qış uçuş cədvəlinə KEÇİR

Bakı aeroportu payız-qış uçuş cədvəlinə KEÇİR

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Rusiya Xarkovda iki yaşayış məntəqəsini ələ keçirdi – FOTO

Rusiya Xarkovda iki yaşayış məntəqəsini ələ keçirdi – FOTO

Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Bakıda küçə itləri sakinlərə hücum çəkdi – VİDEO

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Ev alıb kirayəyə vermək “ölü kapital”a çevrilib – Ətək-ətək pullar necə batır?

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəmədə QALİB GƏLDİ

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

İrana qarşı yeni sanksiyalar elan etdilər

İrana qarşı yeni sanksiyalar elan etdilər

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

End of content

No more pages to load

RADİO