İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nbire şəhərindən 184 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Lakin sunami təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Bizim.Media