Erməni revanşizmin son çırpıntıları – İrəvandakı etirazların PƏRDƏARXASI

Bu gün – oktyabrın 30-da İrəvanda Ermənistan müxalifəti növbəti etiraz aksiyaları dalğasına start verəcək. Belə ki, son həftələrdə noyabrın 9-10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin danışıqlar masasına oturacağı ilə bağlı erməni mətbuatında yayılan xəbərlər müxalifət başbilənlərinin narazılıq sədalarının yüksəlməsinə səbəb olmuşdu. Ələxsus da, erməni revanşizminin daşıyıcısı kimi, hər fürsətdə Nikol Paşinyan hökumətini qaralamağı özünə əsas vəzifə seçmiş “Qarabağ klanı” ölmüş reytinqini bərpa etmək üçün azsaylı tərəfdarlarını 10 günlük meydanlara çağırıb. 

Ümumilikdə, gözlənilən mitinqlər revanşist müxalifətin son 1 il ərzində 3-cü aksiyalar cəhdidir. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan Bakıdakı erməni kursundan niyə qorxuya düşüb? – Erməni türkoloqun ŞƏRHİ


İlk olaraq, Köçəryan-Sarkisyan tandeminin mitinq oyunları ilə meydanlara çıxması isə, elə ötən il 10 noyabr bəyanatının imzalanmasından sonra oynanılmağa başlandı. İlk vaxtlarda müharibədə ani məğlubiyyətin şokunu yaşayan erməni xalqının xeyli hissəsi Klanın oyunlarının oyuncağına çevrildi. Lakin zaman keçdikcə reallığı dərk edən ermənilər yavaş-yavaş meydanları tərk etməyə başladılar. Çünki erməni xalqının mübarizə əzmi artıq qırılmışdı.

Meydan teatrının növbəti mərhələsi isə, bu ilin aprelindən etibarən səhnələşdirildi. Bu dəfə isə, Paşinyanın növbədənkənar seçkilərin keçiriləcəyi xəbərini verməsi revanşistlər üçün bəhanə oldu. Xüsusilə də, patriotizm elementlərilə bəzədilmiş pafoslu çıxışları ilə Paşinyanı xain kimi qələmə verib, öz rüşvətxor hakimiyyətini yenidən bərpa edə biləcəyinə inanan Köçəryan daha çox fəallıq göstərirdi.

Lakin ermənilər bu dəfə revanşizmin vurduğu zərərlərin fərqinə vararaq, yenə də Paşinyanın yanından yer aldılar.
 

İndi isə, Paşinyanın regionun çoxdandır həsrətində olduğu sabitliyin bərqərar olmasına gətirib çıxaracaq real addımlar atması erməni revanşizminin son çırpınışlarının start götürməsinə səbəb olub.


Müxalifətin meydan “hərəkatı”nı son çırpınışlar olaraq qimyətləndirmək üçün isə yetərli səbəblər mövcuddur:

1. Müxalifətin iç üzünün tamamilə ifşa olunması. Erməni xalqı onsuzda korrupsioner “Qarabağ klanı”nın ölkənin başına açdığı oyunlara 20 ilə yaxın müddət ərazində yetərincə şahid olmuşdu. Xalq 1-ci Qarabağ savaşının “qəhrəmanlar”ının əslində onların başına gələn müsibətlərin əsas səbəbkarı olduğunu Paşinyanın son dönəmlərdəki fəaliyyəti ilə daha yaxşı dərk etməyə başladı. Çünki Ermənistanın 30 ilə yaxın səfil durumuna düşməsinin də, 44 günlük savaşdakı məğlubiyyətin də  Sarkisyanların, Ohanyanların utancı olduğu gerçəyini Nikol xalqa aydın şəkildə nümayiş etdirdi.

2. Revaniştlərin daxili dayaqlarının zəifləməsi. Paşinyan 20 iyul seçkilərindəki qələbəsindən sonra hakimiyyətini möhkəmləndirmək üçün fəaliyyətini daha da genişləndirdi. Bu isə, özünü istefalar və həbslər dalğası şəklində büruzə verməyə başladı. Ələxsus da, ölkənin güc strukturlarının yüksək çinli zabitləri və Köçəryan-Sarkisyan dönəmində önəmli vəzifələr tutmuş məmurlar Paşinyanın təmizləmə siyasətinin ilkin hədəflərinə çevrildilər. 

3. Klanın xarici dəstəkdən də məhrum qalması. Hazırki erməni müxalifətinin əsas xarici dayağının Moskvada olması onsuzda heç kimə sirr deyildi. Məhz Rusiyanın Ermənistanla bağlı hansı qərarı verəcəyi müəyyənləşdirilə bilmədiyi üçün 20 iyul seçkilərin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Lakin seçkilərdən sonra Paşinyanın andiçməni gözləmədən Kremlə səfər etməsi Moskvanın seçimini də gün üzünə çıxardı. Belə olan halda isə, Qərb tərəfindən hakimiyyətə gətirilib, Rusiya ilə əlaqələrdə öz yerini bilən, eyni zamanda Azərbaycan və Türkiyə ilə də normallaşma prosesinə start vermək niyyətində olan Paşinyanın qarşısında revanşistlərin azacıq da olsa şansı yoxdur.

Hürən it qapmaz...

Bütün sadalananları nəzərdə aldıqda Ermənistan müxalifətinin sürətlə irəliləyən regional proseslərə hər hansı təsir etmək ehtimalı istisna olunur. Lakin erməni revanşizmi yenə də küçələrdədir. Əksər siyasi ekspertlərin gözündə isə, müxalifətin 10 günlük mitinqləri yalnız bir mənzərəni canlandırır; “Biz də varıq” nidaları atmaqdan səsi batmaq üzrə olan erməni revanşizmi.
 

“Qarabağ klanı”nın varlığını xatırlatmağa ehtiyac duyması isə, onun sonunun gəldiyinin əyani sübutudur.


Necə deyərlər, şamın ən çox işıq saçdığı an, sönməzdən əvvəlki anıdır. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdular - FOTOLAR

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazdı

İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Maksimum nəticə toplayan Gəncə şagirdləri...

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Aygün Kazımovanın səhhətində PROBLEM YARANDI - FOTO

Tramp: İranla telefon vasitəsilə danışırıq

Tramp: İranla telefon vasitəsilə danışırıq

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir - TƏMİRƏ GÖRƏ

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Maksimum bal toplayan iki şagirdin digər UĞURU: Ölkə rekordu vurublar

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda MÜHÜM FAKT

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

D vitamini qanda spirt yaradır? – Həkim AÇIQLADI

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Tramp Avropa İttifaqına: "Rüsumları qaldırdım..."

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Xalq artisti Firəngiz Mütəllimova: Şuşaya köçməyi planlaşdırıram

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

Ağdamda ağır QƏZA: ölən və xəsarət alanların ADLARI məlum olub

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açıldı – FOTO

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

İran müharibədə dəyən MADDİ ZİYANI açıqladı

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

Zerrin Özər aylar sonra ilk dəfə - FOTO

End of content

No more pages to load

RADİO