ABŞ doğurdanmı müharibə istəyir? - Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB

Co Baydenin hakimiyyətə gəlməsi ilə Ağ Ev siyasətində Moskvaya qarşı sezilən sərt ritorika son günlərdə özünü daha bariz formada nümayiş etdirməkdədir. Belə ki, Pentaqon rəhbəri Lloyd Austinin oktyabrın 19-da Ukraynaya rəsmi səfəri çərçivəsində ölkənin müdafiə naziri Andriy Taranla görüşdən sonra keçirilən mətbuat konfransında Kremlin ünvanına səsləndirdiyi sərt ittihamlar ciddi narahatlıq doğurub. 

Xüsusilə də, Austinin Rusiyanı Krımı işğalı və Donbasda münaqişənin əsas banisi olaraq adlandırması və sülh danışıqlarından boyun qaçırmaqda günahlandırması regionda vəziyyətin yenidən gərginləşməsi ehtimallarını ortaya çıxarıb. Ələxsus da, məhz görüşün keçirildiyi gün Amerika qırıcı təyyarələrinin Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeyd olunan ehtimalları daha da gücləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan ABŞ müdafiə nazirini qarşılamağa hazırlaşır - VİDEO


Digər maraqlı nüans isə, Austinin səfər gündəliyi ilə bağlıdır.

Belə ki, Pentaqon rəhbəri Ukrayna səfərindən öncə Tiflisi ziyarət edərək, Gürcüstanın müdafiə naziri ilə də görüş keçirmişdi. Burada da ABŞ hər zamankı kimi quru vədlərlə Rusiya qarşısında rəsmi Tiflisin mövqeyini dəstəkləmək yerinə, detalları ictimaiyyətə açıqlanmayan ikitərəfli təhlükəsizlik memorandumunun imzalandığını elan etdi. Bundan əlavə, Austinin Kiyevdən sonra Ruminayaya da səfər etməsi planlaşdırılır və Vaşinqton rəsmisinin Şərqi Avropa ölkələrinə səfərləri oktyabrın 21-22-də Brüsseldə keçiriləcək NATO ölkələrinin müdafiə nazirlərinin sammitindən öncəyə təsadüf edir.

Və diqqətdən yayınmamalı olan digər önəmli nüans isə Moskva cəbhəsindən gəlib. Belə ki, Austinin sərt açıqlamalarından cəmi bir neçə saat sonra Rusiyanın dövlət mətbaut orqanı olan “ria novosti”də Sergey Lavrovun “Ukrayna məsələsində ABŞ-la dialoqu bərpa etdik” açıqlaması ictimaiyyətə elan olunub. Sözügedən dialoqun ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüş zamanı bərpa olunduğunu və Nulandın Kreml səfərinin oktaybrın 11-12-də baş tutduğunu nəzərə alsaq, Lavrovun görüşdən bir həftədən çox vaxt keçdikdən sonra bu informasiyanı mətbuata açıqlaması daha böyük maraq doğurub.

Ağ Evin üzünü Şərqi Avropaya tutmasının səbəbləri
 

Təbii ki, daha əvvəl də Vaşinqton Rusiya qarşısında Ukrayna və Gürcüstan kartlarını oynamaqla problemli məsələlərdə mövqeyini dəfələrlə ortaya qoyub. Lakin bunlar o qədər də ciddi nəticələr verməyib.


İndiki situasiyada bu mövzuların yenidən qabardılmasının səbəbləri ilə bağlı ekspertlərin açıqlamaları isə iki önəmli nöqtəyə diqqəti yönəldib:

1. ABŞ regionda itirdiyi nüfuzunu yenidən qaytarmaq istəyir. Belə ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra regionda rəsmi Bakının yaratdığı yeni geosiyasi reallıq Ağ Evin bölgədən kənar qalmasına gətirib çıxarıb. Bundan əlavə, rəsmi Ankara ilə “F-35”-lər məsələsindən sonra ABŞ NATO-nun bölgədəki əsas gücü olan Türkiyə ilə də münasibətlərdə problemlər yaşayır. Belə olan halda, Ağ Evin regionda itirdiyi nüfuzunu Gürcüstan və Ukryana kartları ilə gücləndirmək istəməsi başa düşüləndir.

2. Vaşinqtonun Əfqanıstan uğursuzluğunu unutdurmaq niyyəti. Belə ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Talibanın hakimiyyətə gəlməsi Bayden administrasiyasını amerikalıların böyük əksəriyyətinin tənqid hədəfinə çevirib. Təsadüfi deyil ki, məhz bu hadisədən sonra ABŞ prezidentinin siyasi reytinqi ölkə tarixində ən aşağı faizlərə qədər geriləyib. Bu səbəbdən də, Baydenin itirdiyi reytinqini kompensasiya etməsi üçün yeni variantlar ortaya atması vacibdir.

Austinin səfərindən sonra regionu nə gözləyir?
 

Ümumilikdə isə, istər Austinin açıqlamasında qabartdığı sülh danışıqları məsələsini, istərsə də, Lavrovun ABŞ-la dialoq fikirlərini nəzərə alsaq, Donbas məsələsində diplomatik addımların atılmasının daha real variant olduğunu qeyd edə bilərik. 


Lakin regionda lokal gərginliklərin baş verməsi də istisna edilmir. Xüsusilə də, rusiyalı politoloqlar ABŞ-ın verdiyi dəstəyin Qara dənizdə, daha dəqiqi isə Kerç boğazında müəyyən təxribatların baş verməsi ehtimallarını artırdığı qənaətindədirlər.

Bunlardan əlavə, Ağ Evin yaxın dövrdə Ukrayna və Gürcüstanın NATO ilə inteqrasiyasına mühüm diqqət yetirəcəyini də proqnozlaşdıra bilərik.

Lakin ümumilikdə, indiki situasiyada və yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi o qədər də real görünmür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

Vüqar Hüseynova AHİK-də vəzifə verildi

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər - SİYAHI

End of content

No more pages to load

RADİO