ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb diplomatların Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrdir.
Diplomatların Kavalanın sərbəst buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" söylədikləri iddia olunur.
Qeyd edilir ki, səfirlərin bu gün səhər Türkiyə Xarici İşlər Nazirliyinə gəlişi gözlənilir.
Bizim.Media