İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Vaşinqtonla Tehran arasında mümkün razılaşma barədə media məlumatlarına istehza ilə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Qalibaf bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“Mənə inan, qardaş” əməliyyatı iflasa uğradı. İndi “Fauxios” əməliyyatı ilə adi rejimə qayıdırıq”, - deyə o yazıb.
Qeyd edək ki, “Fauxios” ifadəsi ingilis dilində “saxta” mənasını verən “faux” sözü ilə Axios xəbər portalının adının birləşməsindən yaranan söz oyunudur.
Bununla Qalibaf, ehtimal ki, Axios-un ABŞ və İran arasında memorandumla bağlı yaydığı məlumatların həqiqətə uyğun olmadığını nəzərdə tutub.
Xatırladaq ki, Axios mayın 7-də ABŞ-ın İranla bağlı memorandum təklifinə yaxın vaxtlarda cavab gözlədiyini yazıb.
Daha əvvəl isə portal Vaşinqton və Tehranın nüvə proqramı üzrə memorandum layihəsini müzakirə etdiyini bildirmişdi.
Bizim.Media