Gəncədə daha bir yeniyetmə kəsici alətlə xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
2012-ci il təvəllüdlü S.Həsənzadə hələlik məlum olmayan şəraitdə bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.
O, dərhal əməliyyata götürülüb və ona ilkin tibbi yardım göstərilib. Yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.
14 yaşlı yeniyetməyə xəsarətin kim tərəfindən yetirildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu