Bakıda torpaq qiymətinə villalar satılır - FOTO

Son dövrlərdə Bakıda və paytaxtətrafı ərazilərdə geniş həyətə malik fərdi yaşayış evlərinin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə olunur. Bu evlərin bir çoxu 12-15 sot, bəzi hallarda isə daha böyük - 20 sotdan artıq həyətyanı sahəyə malikdir.

Bizim.Media Metbuat.az-a istinadla xəbər verir ki, bazarda ciddi ucuzlaşma qeydə alınıb.

Elə təkliflər var ki, evin ümumi dəyəri demək olar yalnız torpağın qiyməti ilə eynilik təşkil edir.

Məsələn, bəzi ərazilərdə 1 sot torpağın qiyməti 20 min manat civarında dəyişir. Bu hesabla 22 sot torpaq sahəsi təxminən 440 min manata başa gəlir. Lakin həmin sahədə inşa olunmuş, 250-300 kvadratmetr yaşayış sahəsi olan üçmərtəbəli ev də eyni qiymətə satışa çıxarılır. Yəni faktiki olaraq alıcı evi “hədiyyə” kimi əldə etmiş olur.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin bir neçə əsas səbəbi var. İlk növbədə, böyük evlərin saxlanması ciddi maliyyə yükü yaradır. Xüsusilə qış aylarında bu tip tikililərin qızdırılması çətinləşir və yüksək xərclər tələb edir. Bəzi hallarda belə evlərdə yaşayan ailələr ay ərzində kommunal xidmətlərə minimum 500 manat, bəzən isə 700-800 manata qədər vəsait ödəməli olur.

Digər mühüm faktor isə nəqliyyat problemidir.

Son illər Bakıətrafı qəsəbələrdə əhalinin artması ilə əlaqədar olaraq, şəhərə giriş-çıxış xeyli çətinləşib. Səhər və axşam saatlarında yaranan uzun tıxaclar sakinlərin gündəlik həyatını daha da mürəkkəbləşdirir. Bu səbəbdən bir çox ev sahibi mərkəzə daha yaxın ərazilərə köçməyə üstünlük verir.

Ev alqı-satqısı ilə məşğul olan Qabil Əhmədov deyib ki, iri həcmli fərdi evlərə marağın azalması bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb: “Əvvəllər böyük həyətli evlər prestij sayılırdı. Amma indi alıcılar daha çox kompakt, enerjiyə qənaətli və şəhərə yaxın mənzillərə üstünlük verir. Böyük evlər isə həm saxlanma xərclərinə, həm də yerləşmə baxımından əlverişsiz olduğuna görə satışı çətinləşir”.

Onun sözlərinə görə, bu tendensiya yaxın dövrdə də davam edə bilər.

Çünki şəhər həyatının sürətlənməsi və komforta olan tələbin artması insanları daha praktik yaşayış seçimlərinə yönəldir.

Sonda qeyd etmək yerənə düşər ki, hazırda bazarda maraqlı paradoks yaranıb: torpaq qiymətləri yüksək olaraq qalır, lakin həmin torpağın üzərində tikilmiş böyük və bahalı evlər dəyərini itirir. Bu, alıcılar üçün fürsət sayılsa da, satıcılar üçün arzuolunan hal deyil.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

End of content

No more pages to load

RADİO