Biləsuvar rayonunda qanlı hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəz hissəsində qeydə alınıb.
Məlumata görə, Biləsuvar şəhər sakinləri — 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Boğaz nahiyəsindən ağır yaralanan Kənan Rəhimlinin vəziyyətinin ciddi olduğu bildirilir. O, təcili şəkildə reanimasiya şöbəsinə aparılıb və əməliyyata alınıb.
İlkin ehtimallara əsasən, hər iki şəxsə xəsarət eyni nəfər tərəfindən yetirilib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Fakt üzrə araşdırma davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu