ABŞ-da bazar ertəsindən etibarən “Instagram”ın işində yenə problemlər müşahidə olunub.
Bizim.Media “Downdetector”a istinadən xəbər verir ki, istifadəçilərin 49 %-i proqramın işindən şikayətləniblər.
32 % istifadəçi sosial şəbəkədə paylaşımları yerləşdirməkdə çətinliklərlə üzləşib, 19 % istifadəçi isə sayta girə bilmir.
Nasazlıq haqqında xəbərlər həmçinin Böyük Britaniyadan, Almaniyadan və Fransadan və digər ölkələrdən daxil olub.
Bizim.Media