Kanadada yaşayış mənzilinin üzərinə meteroit daşı düşüb.
Bizim.Media xəbər verir ki, göy daşı yataq otağının üzərinə tuş gəlib.
Həmin vaxt ev yiyəsi Rut Hemilton adlı qadın otağında yatıbmış.
Qadın bunun silah səsi olduğunu güman etdiyini deyib:
“Yataqdan qalxdım və dərhal işığı yandırdım. Nə olduğunu anlaya bilmədim”.
Bir müddət sonra yatağına göy daşı düşdüyünü anlayan qadın onu sata biləcəyini istisna etməyib.
Bizim.Media
