Rusiyanın tanınmış estrada ulduzu, aktyor Valeri Leontyev Moskvada koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Mash Telegram kanalında yer alıb.
Mənbə yazır ki, 1980-90-cı illərin və həqiqətən də bütün zamanların seks simvolu zəiflikdən, öskürəkdən və yüksək hərarətdən şikayətlənib.
Bir neçə gün ərzində sənətçi həb qəbul edib, lakin PCR testi müsbət nəticə verib.
Həkimlər 72 yaşlı Valeri Yakovleviçin vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Bizim.Media