İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Alireza Tangsiri deyib ki, İslam Respublikası dənizdə hərbi əməliyyata hazır olmalıdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Mehr agentliyi yayıb.
Admiral hesab edir ki, İranın düşmənləri zəifdir, lakin "onları qiymətləndirməmək olmaz".
Tangsiri, həmçinin əlavə edib ki, İran Hərbi Dəniz Qüvvələri daha güclü və ayıq olmalıdır:
“İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz keşikçiləri düşmənlərlə mübarizədə İran xalqının maraqlarını qoruyacaq”.
Bizim.Media