Bir gün ərzində 100 minə yaxın uşaq birinci sinfə qəbul olub.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.
"Qəbul prosesi dünəndən aktivləşib. Bir gün ərzində 95 min uşaq müsahibəsiz, imtahansız, musabiqəsiz birinci sinfə qəbul edilib" - deyə o, qeyd edib.
Qeyd edək ki, dünən 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb və 5 iyun saat 11:00-dək davam edəcək.
Günay Şahmar, Bizim.Media