Rusiyanın paytaxtı Moskvada həvəskarlar liqasında çıxış edən "Krasnoqvardeyets" klubunun qapıçısı öz komanda yoldaşını döyüb.
Bizim.Media xəbər verir ki, bu barədə RENN TV informasiya yayıb. İnsident matçın keçirildiyi "Sviblovo" stadionunda baş verib.
Buraxılan qollara görə müdafiəçini günahlandıran qolkiper oyundan sonra ona ağır xəsarətlər yetirib.
17 yaşlı oyunçu təcili xəstəxanaya yerləşdirilib. Həkimlər ona beyin sarsıntısı və qapalı kəllə-beyin travması diaqnozu qoyublar.
Bizim.Media