Petrosyan və Koçaryan Moskvaya niyə getmədi? - DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin birinci və ikinci “prezidentləri” Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya planlaşdırılan, lakin baş tutmayan səfərləri barədə detalları açıqlayıb.

Bizim.Media erməni mətbuatına istinadla bildiri ki, Paşinyanın sözlərinə görə, oktyabrın 20-də Arkadi Qukasyan və Bako Saakyan müharibə dövründə milli birliyin əlaməti olaraq Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin görüşünün təşkilini təklif ediblər.

Paşinyan deyib ki, bəzi müzakirələrdən sonra razılaşıb və keçmiş prezidentlər hazır olan kimi belə bir görüşün təşkili barədə razılıq əldə edilib. Daha sonra Qukasyan və Saakyan Ermənistanın birinci və ikinci prezidentlərinin Moskvaya getmək, bir sıra yüksək səviyyəli görüşlər keçirmək istədiklərini və yalnız bundan sonra onunla görüşüb, alınan məlumatları müzakirə edə bilərlər.

"Razılaşdım və hətta xüsusi uçuş həyata keçirməyə hazır olduğumu bildirdim. Ancaq razılığımdan sonra “Artsaxın” (Qarabağ -red) keçmiş “prezidentləri” daha bir məsələni dilə gətirdilər.

Vasitəçilik edərək məndən Vladimir Putindən Koçaryan və Ter-Petrosyanı xüsusi nümayəndə kimi qəbul etməsini istədilər. Cavab verdim ki, Rusiya Prezidenti ilə daim əlaqə saxlayıram və bəzi günlərdə onunla 5-6 dəfə telefonla danışıram.

Əgər o məndən soruşsaydı ki, birbaşa nəyi deyə bilmirəm ki, bunu xüsusi vasitəçilərlə çatdırmaq istəyirəm, onda nə cavab verərdim? Eyni sual Xarici İşlər naziri Sergey Lavrov tərəfindən qəbul edilmələri ilə bağlı da ortaya çıxdı", - deyə Paşinyan yazıb.

Paşinyanın sözlərinə görə, Ter-Petrosyan və Koçaryanın təqaüdçü prezidentlər olaraq Moskvaya protokol səfərinin təşkil edilməsini təklif edib ki, onlar Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə görüşsünlər və səfər zamanı Prezident, Xarici İşlər naziri və başqaları ilə görüşlər təşkil etsinlər. Qukasyan və Saakyan bu seçimi keçmiş prezidentlərlə müzakirə edəcəyini vəd edərək gediblər.

"Məlum oldu ki, onlar bu təkliflə o qədər də maraqlanmayıblar. Mənim üçün gözlənilmədən Saakyan dedi ki, Ter-Petrosyan və Koçaryan artıq Lavrovla görüşmək barədə razılığa gəiblər. Onda mənim nə etməyimi istəyirdilər? Qoy Moskvaya gedib, görüşsünlər. Məlum oldu ki, Koçaryanın pasportu məhkəmədədir və pasportun qaytarılması üçün vəsatət qaldırmağı tövsiyə etdim, prokurorluqdan etiraz etməməsini xahiş edəcəyimi dedim. Belə də oldu. Koçaryanın pasportu geri qaytarıldı, ancaq o və Ter-Petrosyan Moskvaya getmədilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

End of content

No more pages to load

RADİO