Amerikalı müğənni Billi Ayliş "Instagram" hesabında 100 min izləyicisini itirib.
Bizim.Media xəbər verir ki, müğənni bu barədə "Elle" jurnalına müsahibəsində deyib.
16-17 yaşlarında öz bədənini sosial şəbəkələrdə nümayiş etdirməkdən çəkindiyini bildirən Billi yetkinlik yaşından sonra açıq-saçıq fotolara üstünlük verdiyini etiraf edib:
"Bir dəfə sinəmin fotosunu paylaşdım. Bu əksər izləyicilərimin xoşuna gəlmədi. Həmin fotoya görə 100 min izləyicimi itirdim. İnsanları böyük sinə qorxudur".
Billi Ellişin sözügedən fotosunu təqdim edirik:
Bizim.Media
