ABŞ-ın Alyaska ştatında qəzaya uğrayan ekskursiya təyyarəsinin göyərtəsindəki altı nəfərin hamısı ölüb.
Bizim.Media xəbər verir ki, informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Bu barədə yerli “Alaska Public Media” nəşri ştatın sahil mühafizə xidmətinə istinadən yazıb.
Məlum olub ki, qəza nəticəsində təyyarə Ketçikan şəhərindən 12 kilometr məsafədə yerləşən “Dumanlı fyordlar” milli qoruğunun ərazisində batıb. Dalğıc-xilasedicilər təyyarədə olanlardan heç birinin – beş sərnişin və pilotun sağ qalmadığını bildirib.
Bizim.Media