Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Bakının Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət təhlil olunub, "Rəqəmsal əkiz" üzərindən simulyasiyalar aparılıb.

Qeyd edək ki, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq təsdiqlənib. Təhlillər nəticəsində həmin yol kəsişməsində yüksək nəqliyyat intensivliyi səbəbindən mütəmadi olaraq tıxacların yaranması, piyada əlçatanlılığının aşağı olması, kəsişmənin səmərəli olmaması müəyyən edilib. Bu hal zəncirvari təsir göstərərək paytaxtın bu əraziyə yaxın yollarında ciddi sıxlıq yaradır.
 

Reallaşdırılan layihəyə əsasən, Ə.Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq.


Sözügedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədilə Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur.

Nəticədə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı işıqfor tənzimlənməsi 2 fazalı tənzimlənmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyəyə kimi enəcək.

Ərazidə mövcud mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə şəbəkə genişləndiriləcək, piyada əlçatanlığı artırılacaq.

Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov küçəsindən gələn axının tunelə girişində yaranan növbə qısalacaq.

Bununla da Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli olacaqlar.

Qeyd edək ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.

Ətraflı məlumat:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Rusiyadan MÜHARİBƏ MESAJI – Hədəfdəki ölkənin adı RƏSMƏN AÇIQLANDI

Rusiyadan MÜHARİBƏ MESAJI – Hədəfdəki ölkənin adı RƏSMƏN AÇIQLANDI

Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

Şərur rayonunda qaz KƏSİLDİ

Şərur rayonunda qaz KƏSİLDİ

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək – VİDEO

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Pul axını başladı - Bu bürclər zənginləşə bilər

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... – VİDEO

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Şavkat Mirziyoyev də Moskvadakı parada QATILMAYACAQ

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Ukraynadan Rostova PUA HÜCUMU – Zavodlar alovlara qərq oldu – VİDEO

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin HƏCMİ

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

End of content

No more pages to load

RADİO