Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 9 Mayda Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Məlumata görə, digər Orta Asiya ölkələrinin dövlət başçıları da parada qatılmayacaq.
Daha əvvəl Kreml tədbirə dəvət olunmuş xarici liderlərin siyahısını dərc etmişdi və siyahıya Orta Asiya ölkələrinin prezidentləri daxil deyildi.
Bizim.Media