İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin beynəlxalq axtarışı davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əks olunub.
Sənəddə hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 (-1) şəxsin “Interpol” kanalları ilə beynəlxalq axtarışının davam etdiyi qeyd edilib.
Onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.
Günay Şahmar, Bizim.Media