İxtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əks olunub.
Aparılmış prosessual araşdırmalarla zərərçəkmiş şəxsin Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olub.
Günay Şahmar, Bizim.Media