Populyar cütlüklərin bir-birini sevməsi dünyanın ən diqqətçəkən hadisələrindədir. Ancelina Coli ilə Bred Pitt evlənəndə kinosevərlər heyrət içindəydilər.
Amma bu cütlük hələ də barışmayıb. Əksinə uşaqlara qəyyumluq məsələsi ətrafında məhkəmə işləri, mübahisələri var.
Bizim.Media isə ayrılandan sonra yenidən bir araya gələn ulduzlardan söhbət açacaq. Bu il ən parlaq barışığı Ben Affleklə Cennifer Lopes arasında yaşanıb.
Lakin Keyt Middltonla şahzadə Uilyamın da barışmaqlarını unutmaq olmaz. 2007-ci ildə möhkəm küsüşən cütlük 2011-ci ildə evləniblər.
Hollivud küs-barışlarına qayıtsaq, Ketti Perri ilə Orlando Blum da qeyd olunmalıdır. 2016-cı ildə sevgi münasibətlərinə başlayan məşhurlar üstündən 10 sonra ayrıldıqlarını açıqladılar.
Lakin onları 2017-ci ildə Adelin konsertində bir yerdə görüb, 2018-də isə ulduzların Praqa gəzintisi kameraların obyektivindən yayınmayıb. Elə həmin il cütlük nişanlanıb. 2020-ci ildə isə müğənni ana olub. Həmin ili martında məlum olub ki, cütlük münasibətlərini rəsmiləşdirib.
Bizim.Media