Bu gün saat 11:00-dan etibarən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan etibarən isə Yengicə kəndinin işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır.
Bizim.Media