Türkiyənin Mersin vilayətində bərbər dükanında qanlı hadisə baş verib.
Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, 58 yaşlı T.T. saç qırxdırdığı zaman aralarında ədavət olan 43 yaşlı S.Ü. əlində mətbəx baltası ilə obyektə daxil olaraq ona hücum edib. Hücum nəticəsində T.T. baş nahiyəsindən xəsarət alıb.
Qan içində qalan T.T. özünü qorumaq məqsədilə dükandan kəsər götürərək qarşı tərəfə müqavimət göstərib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Həyati təhlükəsi olmadığı bildirilən S.Ü. müalicədən sonra polis tərəfindən saxlanılıb.
Məhkəməyə çıxarılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Baş nahiyəsindən yaralanan T.T.-nin isə müalicəsinin davam etdiyi bildirilir.
Bizim.Media