ABŞ rəhbərliyi yeni “Delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil.
Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq:
“İqtisadi sahədə çox irəliləmişik”.
Ağ Evin sözcüsünə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu həftə xeyli sayda qonağın iştirakı ilə 60 yaşını qeyd etməyinə dair sual verilib.
C.Psaki sualı belə cavablandırıb: "Əlbəttə ki, hər kəsə tibb mütəxəssislərinin tövsiyələrinə riayət etməyi məsləhət görürük. Bildiyimə görə, keçmiş prezident tibb işçilərinin tövsiyələrinə əməl edərək vaksinasiyanın güclü tərəfdarıdır".
Bizim.Media