Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsi üçün səfərbər edib", - deyə Türkiyə prezidenti qeyd edib.
Ərdoğan həyatını itirən vətəndaşların yaxınlarına başsağlığı verib, yanğından təsirlənən bölgə sakinlərinə “keçmiş olsun” diləklərini çatdırıb.
Bizim.Media