Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları videogörüntülər yayıb.
Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb.
Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir.
Bizim.Media