Yunanıstanda yenidən meşə yanğınları baş verib.
Bizim.Media xəbər verir ki, yanğın Stamatov və Rodopoli yaşayış məntəqələrini əhatə edib. Mülki müdafiə xidməti zərər çəkmiş ərazinin sakinlərinə SMS mesajları göndərərək onları təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Güclü külək alovun aradan qaldırılmasını çətinləşdirir.
Yanğınsöndürmə xidmətləri alovun qonşu yaşayış məntəqələrinə keçə biləcəyindən narahat olduqlarını bildiriblər. Əhalinin təxliyəsi başlayıb. Yanğını söndürmək üçün quru və hava xilasetmə bölmələri cəlb edilib.
Bizim.Media