Türkiyəli məşhur müğənni Sinan Akçil Şuşaya səfər edəcəyini söyləyib.
Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, sənətçi bu barədə aidiyyatlı qurumlara müraciət etdiyini deyib.
S. Akçıl Azərbaycanı çox sevdiyini də vurğulayıb:
“Azərbaycanın qonaqpərvər, mehriban insanları var. Çox yaxın zamanlarda Şuşaya gedəcəyəm. Orada “Sən daima yaşa Azərbaycan” mahnısını ifa edəcəyəm”.
Bizim.Media