Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Məhərrəmlik ayının başlaması ilə ölkədə toy mərasimlərinin keçirilməsində ənənəvi olaraq müəyyən azalma müşahidə olunur. Bu vəziyyət şadlıq evləri, musiqi qrupları, foto-video xidmətləri və digər toy sektoru iştirakçılarının fəaliyyətinə təsir göstərir. Bununla belə, bu dövrdə keçirilməyən məclislərin sonrakı aylara təxirə salınması bazarda müvəqqəti durğunluğun ardınca sifarişlərin artmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “demokrat.az”a bildirib ki, Məhərrəmlik ayı ilə əlaqədar toy mərasimlərinin sayının azalması Azərbaycan bazarında hər il təkrarlanan mövsümi iqtisadi hadisələrdən biridir:
 

“Toy bazarı Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Bu dövrdə şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları, dekorasiya şirkətləri, gül satışı, şirniyyat istehsalı və digər əlaqəli xidmət sahələrində fəaliyyət nisbətən zəifləyir.


Lakin bu, bazarda tələbin tam yox olması deyil, sadəcə müəyyən müddətə təxirə salınması deməkdir. Adətən Məhərrəmlikdən sonra gözləmə mövqeyində olan ailələrin eyni vaxtda toy tarixləri müəyyənləşdirməsi bazarda qısamüddətli tələb artımı yaradır. İqtisadi baxımdan bu proses "təxirə salınmış tələbin bazara qayıtması" kimi xarakterizə olunur.

Tələbin qısa müddətdə artması isə bəzi xidmət növlərində qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Xüsusilə məşhur şadlıq sarayları, tanınmış musiqi kollektivləri, fotoqraflar və digər yüksək tələbatlı xidmət təminatçıları üçün rezervasiyaların sürətlə dolması qiymət artımı üçün əlverişli şərait yaradır. Bazarın təklif imkanları məhdud olduğu halda tələbin artması klassik bazar qanunlarına uyğun olaraq qiymətlərə təsir göstərir”. 

O deyib ki, qiymət artımının kəskin olacağını gözləmirəm:

“Çünki toy bazarında rəqabət kifayət qədər yüksəkdir. Bakıda və regionlarda fəaliyyət göstərən çoxsaylı şadlıq sarayları və xidmət şirkətləri qiymətlərin nəzarətsiz yüksəlməsinə imkan vermir. Əksinə, bəzi hallarda müəssisələr boş qalmamaq üçün kampaniyalar və endirim paketləri də təklif edirlər. Son illərdə ailələrin toy xərclərinə yanaşmasında da dəyişiklik müşahidə olunur.
 

Əhalinin gəlirləri, inflyasiya amili və ümumi iqtisadi şərait daha rasional xərc davranışını təşviq edir. Bir çox ailələr artıq daha böyük və təmtəraqlı məclislərdən çox, büdcələrinə uyğun seçimlərə üstünlük verirlər. Bu da xidmət göstərən müəssisələrin qiymət siyasətinə təsir edən mühüm amillərdən biridir.


Əgər Məhərrəmlikdən sonrakı dövrdə toy sifarişlərinin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artarsa, qiymət artımı daha çox premium seqmentdə özünü göstərə bilər. Yəni yüksək reytinqli şadlıq saraylarında, məşhur aparıcı və musiqi qruplarında qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir.

Orta və aşağı qiymət seqmentlərində isə rəqabət amili qiymətlərin daha sabit qalmasına səbəb olacaq. Məhərrəmlikdən sonra toy bazarında canlanma əlbəttə ki, olacaq.

Lakin bu canlanmanın bütün bazar üzrə kəskin qiymət sıçrayışı yaratmasından daha çox, müəyyən xidmət növlərində və populyar məkanlarda lokal qiymət artımları ilə müşayiət olunacağını gözləmək daha real görünür. Toy bazarında qiymətləri müəyyən edən əsas amil mövsümi canlanma deyil, tələb və təklif arasındakı balansdır. Tələb müvəqqəti artır, lakin rəqabət bazarın qiymətləri həddindən artıq yüksəltməsinin qarşısını alan əsas mexanizm olaraq qalır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO