ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla yekun razılaşma 60 gün ərzində əldə olunmasa, Vaşinqton yenidən hərbi əməliyyatlara başlaya bilər.
Bizim.Media xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra mətbuat konfransında bildirib.
“Əgər ABŞ qarşılıqlı anlaşma memorandumunda göstərilən 60 gün ərzində İranla yekun razılaşma əldə etməsə, Amerika qoşunları bombardmanları bərpa edəcək” – Tramp bildirib.
Tramp bəyan edib ki, İranla imzalanan qarşılıqlı anlaşma memorandumunun surətini indicə İsrailə təqdim edib.
ABŞ Prezidenti Netanyahunu Livandakı “Hizbullah”la bağlı "daha yumşaq yanaşma" nümayiş etdirməyə çağırıb.
Bizim.Media