Prezident "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd etdi.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “Ares Management” arasında 2017-ci ildən mövcud olan uğurlu əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və yaşıl enerji sahələrində gələcək investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı potensial müzakirə olundu.

Maykl Aruqeti Azərbaycanın davamlı inkişaf siyasətini və ölkəmizdə institusional investorlara yaradılmış əlverişli mühiti yüksək qiymətləndirərək, bunun beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar açdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin xüsusilə yaşıl enerji, logistika və sosial infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, “Ares Management” kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir. “Ares Management” portfelindəki anbar və logistika investisiya aktivlərinin toplam sahəsinə görə dünyanın ən böyük üç şirkətindən biridir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin DİQQƏTİNƏ: Bu yol bağlanır

Sürücülərin DİQQƏTİNƏ: Bu yol bağlanır

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı – SƏRƏNCAM

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı – SƏRƏNCAM

Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa ÇAĞIRDI

Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa ÇAĞIRDI

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş

"Qarabağ" Koxalskiyə daha yüksək maaş təklif edibmiş

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Fransanın bəzi şəhərlərində komendant saatı tətbiq olundu

Fransanın bəzi şəhərlərində komendant saatı tətbiq olundu

Uitkoff Putini "humanist" adlandırdı

Uitkoff Putini "humanist" adlandırdı

Kirayə üsulu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qaydalar DƏYİŞDİ

Kirayə üsulu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qaydalar DƏYİŞDİ

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq VƏFAT ETDİ

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq VƏFAT ETDİ

Firuzə İbadova iki aydır yataq xəstəsidir - Video

Firuzə İbadova iki aydır yataq xəstəsidir - Video

Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi

Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi

Zelenski nəhayət sülhə razılaşdı: “İşğal olunan torpaqlar da Rusiyada qalsın” - VİDEO

Zelenski nəhayət sülhə razılaşdı: “İşğal olunan torpaqlar da Rusiyada qalsın” - VİDEO

Azərbaycanda bu əməli edənlər 7 min manatdək cərimələnə bilər

Azərbaycanda bu əməli edənlər 7 min manatdək cərimələnə bilər

Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Azərbaycanlı çobanın Ermənistana keçməsinin TƏFƏRRÜATI

Azərbaycanlı çobanın Ermənistana keçməsinin TƏFƏRRÜATI

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib

Altı il öncə bu gün – 21 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 21 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinqi ötüb

Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinqi ötüb

DİQQƏT! Köhnə tikililərdə GÖZLƏYƏN TƏHLÜKƏ - Bu evləri almağa tələsməyin

DİQQƏT! Köhnə tikililərdə GÖZLƏYƏN TƏHLÜKƏ - Bu evləri almağa tələsməyin

Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Rusiya ABŞ-a ilk dizel tankerini göndərir

Rusiya ABŞ-a ilk dizel tankerini göndərir

Bakıda yeni yol çəkilir - Nəqliyyat sıxlığını azaldacaq

Bakıda yeni yol çəkilir - Nəqliyyat sıxlığını azaldacaq

End of content

No more pages to load

RADİO