ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu "humanist" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
"Siz mənim prezidentim, prezident Tramp haqqında bir humanist kimi çox danışırsınız. Siz özünüz də humanistsiniz və mən sizi buna görə təbrik edirəm. Sizi təqdir edirəm və bir daha təşəkkür edirəm". Uitkoff Putinə müraciət edərək deyib.
BMT-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayında Ukraynada dinc əhali arasında tələfat 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 85% artıb. Həmin ay ən azı 328 mülki şəxs həlak olub, 2,1 mindən çox insan yaralanıb. 2026-cı ilin ilk 9 ayında isə 2 570 dinc sakinin həlak olduğu, 15 211 nəfərin yaralandığı bildirilir.
NATO-nun qiymətləndirmələrinə əsasən, təkcə sentyabr ayında Rusiya cəbhədə 50 mindən çox əsgər itirib (bunlardan 28 minə yaxını həlak olanlardır). Ukrayna tərəfinin hərbi itkiləri isə təxminən 5 min nəfər kimi qiymətləndirilir.
Bizim.Media